Mərkəzimizdə 44 günlük Vətən müharibəsinin şəhidi Sənan Abdullayevin anası əməliyyat olunub

Keçdiyimiz günlərdə Mərkəzimizdə 44 günlük Vətən müharibəsinin şəhidi Sənan Abdullayevin anası əməliyyat olunub. Şəhidimizin anası Gülbəniz Abdullayevanın əməliyyatını Bakı Sağlamlıq Mərkəzinin otorinolarinqologiya şöbəsinin rəhbəri, həkim otorinolarinqoloq Rafiq Dəmirçalov tərəfindən uğurla icra olunub və xəstəmiz bugün evə yazılıb. Vətən Müharibəsi iştirakçımızın valideynləri Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirən qazilərimizin, habelə şəhid ailəsi üzvlərinin sağlamlığının bərpası, onların müalicə prosesində göstərdiyi xüsusi diqqət və qayğı üçün Bakı Sağlamlıq Mərkəzinin rəhbərliyi başda olmaqla bütün kollektivinə öz minnətdarlığını bildirib. Qeyd edək ki, kəşfiyyatçı Sənan Abdullayev cəbhənin Füzuli istiqamətində gedən hərbi əməliyyatlarda könüllü olaraq qatılıb. Misilsiz qəhrəmanlıq göstərərək 22 yaşında düşmən snayperinin açdığı atəş nəticəsində qəhrəmancasına şəhid olub və II Fəxri Xiyabanda dəfn olunub. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Sənan Abdullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Diqər xəbərlər